Bu kitab ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən başlayaraq, statistik nəzəriyyəni ardıcıl şəkildə inkişaf etdirir. Əsasən birinci kurs magistratura tələbələri üçün nəzərdə tutulmuş bu kitab güclü riyazi bazaya malik olanlar və statistika ixtisası üzrə təhsil alanlar üçün uyğunlaşdırılıb. Kitab statistik anlayışları praktik istifadəyə yönəldilmiş şəkildə təqdim edir. Burada əsas məqsəd statistikanın fundamental anlayışlarını dərk etmək və müxtəlif situasiyalar üçün məntiqi və tətbiq edilə bilən statistik prosedurlar yaratmaqdır. Burada formal optimal həll yollarının müfəssəl şəkildə araşdırılmasından da çox praktik metodlara və onlardan istifadəyə diqqət yetirilir.
Layihə rəhbəri: Ülkər Hüseynova
Təhsil üzrə məsləhətçi: Elmina Kazımzadə
Tərcüməçi: Anar İbrahimov
İxtisas redaktoru: Fuad Məmmədov
Nəşriyyat redaktoru: Famil Cəfərli
Texniki redaktor: Vüsalə Babayeva
Korrektor: Flora Əliyeva
Dizayner: Mahir Allahverdiyev
Çapa məsul: Rəşad İsmixanov
Bakı, TEAS Press Nəşriyyat Evi, 2025
ISBN: 9789952573510