Şərtlər

  • Bütün hüquqlar TEAS PRESS Nəşriyyat Evi tərəfindən qorunur.
  • Saytda istifadə olunan bütün fayllarının (məzmunun) yazılı icazə olmadan çoxaldılması qəti qadağandır.


Əsas səhifə Kitablar Liderlik et və qalib gəl
  • Nuhun gəmisi
    Nuhun gəmisi
    Nuhun gəmisi

Liderlik et və qalib gəl

“Bu kitab şirkətlərə metodologiyanın startaplara necə təsir göstərdiyini,

liderlərə isə gələcək inkişaf üçün innovasiyaya necə keçid etmək lazım

gəldiyini izah edir”.

– Stiv Blank, The Four Steps to the Epiphany: Successful Strategies for Products

that Win (“İzahatın dörd mərhələsi: uğurlu məhsul üçün mükəmməl strategiya”)

kitabının müəllifi

““Liderlik et və qalib gəl” kitabı şirkət və startap rəhbərlərinin oxumalı

olduğu vacib kitabdır. Əsas hədəfl ər burada dəqiq göstərilir, şirkətlərin

genişlənən dünyada böyük inkişaf potensialının olduğu vurğulanır. Kitabın

əsas konsepsiyası ideyanın yaranmasını, inkubasiyasını və şirkətin

miqyasının müəyyənləşdirilməsini əks etdirən məlumatları əhatə edir. Bu

məlumatlar həm kiçik, həm də böyük şirkətlər üçün keçərlidir”.

– Ceff İmmelt, “General Electric”in keçmiş sədri və CEO-su

““Liderlik et və qalib gəl” kitabının konsepsiyası və ideyası AGC şirkətinin

transformasiyaya, dəyişməyə yanaşmasının əsasını təşkil edir. Bu kitab

bizə ikitərəfl i inkişafın şirkətə təsirini ətrafl ı izah etdi və çətinlik yarananda

onu aradan qaldırmağın yollarını göstərdi”.

– Takuya Şimamura, “Asahi Glass Company” şirkətinin keçmiş sədri və CEO-su

““Liderlik et və qalib gəl” kitabı şirkətin inkişafını və liderliyin rəqabətdə

necə üstün gəlməsini heç vaxt rast gəlmədiyimiz yolla izah edir. Davamlı

inkişaf edən şirkət qurmaqda israrlı olan liderlərin oxumalı olduğu kitabdır”.

– Erik Seuppens, “Marlink Group”un CEO-su

“O’Reyli və Taşman şirkətlərin qarşılaşdığı və universal problem olan bütün

məsələlərə toxunur, onların üzləşdiyi problemləri həll etməyin yollarını

göstərir. Həmçinin qurulmuş olan bir biznesin gələcək yeniliklər əsasında

inkişafının təmin olunması yollarını izah edir. Biznesiniz inkişaf etdikcə bu

kitab sizin sevimli kitabınıza çevriləcək”.

– Aleks Freydman, “Dan Murphy’s” şirkətinin icraçı direktoru, Melburn, Avstraliya


Orjinal ad: “Lead and Disrupt”
ISBN: 9789952540888
Səhifə sayı: 292