“Rəqəmsal marketinq” inteqrasiya olunmuş çoxkanallı marketinq hədəflərinə çatmaq üçün internetdən, rəqəmsal mediadan və marketinq texnologiyasından istifadənin bütün aspektləri üçün hərtərəfli bələdçi rolunu oynayır. Bu sadələşdirilmiş yeddinci nəşrdə şirkətlərin marketinq məqsədlərinə çatmaq üçün rəqəmsal media və texnologiyadan ən yaxşı şəkildə necə istifadə edə biləcəkləri haqda praktik yollar təklif olunur.
“Rəqəmsal marketinq” tələbələrin real dünyada rəqəmsal marketinqi anlamasına kömək etmək üçün ASOS, “Spotify”, “Zalando” və “Zappos” kimi qabaqcıl şirkətlərə dair keys-stadilər vasitəsilə marketinq nəzəriyyəsini praktik iş təcrübəsi ilə əlaqələndirir. Bunu dəstəkləmək üçün yeni “Əsas rəqəmsal bacarıqlar” adlı qutular tələbələri iş yerində ehtiyac duyacaqları əsas bacarıqları necə inkişaf etdirmək barədə təlimatlandırır.
Oxucular rəqəmsal marketinq strategiyası hazırlamaq üçün ən yaxşı təcrübələri öyrənəcək, axtarış motoru marketinqi, axtarış motoru optimallaşdırması və rəqəmsal kommunikasiya kimi vərdişlərə yiyələnmək üçün lazım olan faktorlarla da tanış olacaqlar.
Layihə meneceri: Ülkər Hüseynova
Təhsil üzrə məsləhətçi: Elmina Kazımzadə
Tərcüməçilər: Rüfət Məmmədov
Şəhriyar Muxtarov
Fərid Cəbiyev
Zamin Babaşov
Aytən Əliyeva
İxtisas redaktorları: Anar Quliyev
Ceyhun Məmmədov
Nəşriyyat redaktoru: Famil Cəfərli
Texniki redaktor: Vüsalə Babayeva
Çapa məsul: Rəşad İsmixanov
Korrektor: Flora Əliyeva
Dizayner: Mahir Allahverdiyev
ISBN: 9789952573138