Şərtlər

  • Bütün hüquqlar TEAS PRESS Nəşriyyat Evi tərəfindən qorunur.
  • Saytda istifadə olunan bütün fayllarının (məzmunun) yazılı icazə olmadan çoxaldılması qəti qadağandır.


Əsas səhifə Kitablar Pozitiv psixologiya Təməl
  • Nuhun gəmisi
    Nuhun gəmisi
    Nuhun gəmisi

Pozitiv psixologiya Təməl

Bu kitab özündə pozitiv psixologiyanın inkişafına dair ümumi baxışları cəmləşdirməklə pozitiv psixologiya elminə və onun tətbiq sahələrinə anlaşıqlı və nizamlı bir giriş təqdim edir. “Pozitiv psixologiya: təməl” kitabında pozitiv psixologiyanın bir cərəyan olaraq keçdiyi inkişaf yolu təsvir edilir, nailiyyətlər təftiş olunur və əsas mövzularının hər birində nəzəriyyə, tədqiqat və müdaxilələr araşdırılmaqla onlara yenilənmiş bir baxış təqdim edilir. İyirmi ildən də artıq müddət əvvəl üsyankar bir cərəyan kimi meydana çıxan pozitiv psixologiya tətbiqi psixologiyanın xəstəlik və disfunksiyaya yönəlməsinə qarşı çıxdı və insan həyatına yeni və daha balanslı bir baxış təklif etdi. XX əsrin sonlarından, təməlinin qoyulduğu dövrlərdən neqativ emosiyaları tanımağın əhəmiyyəti ilə bağlı son “ikinci dalğa” nəzəriyyələrinə qədər gedib çıxan bu dərin baxış emosional rifah, optimizm və dəyişiklik tədqiqatlarından tutmuş posttravmatik böyümə və pozitiv münasibətlərədək başlıca ideya və prinsipləri əhatə edir.

Rona Hart içində çətin anlaşılan terminlərin olmadığı bir girişlə başlayaraq özünütənzimləmə və axın, xarakterin güclü və üstün tərəfləri, pozitiv münasibətlər də daxil olmaqla bir sıra məsələləri oxucuya çatdırır və mövzunu müdaxilələrin xoşbəxtlik və rifaha necə təsir göstərə biləcəyinə dair fəsillə yekunlaşdırır. “Pozitiv psixologiya: təməl” tələbələr, praktik psixoloqlar, akademiklər və gözəl bir həyatın mahiyyətini dərk etmək istəyən hər kəs üçün vacib qaynaqdır.

Rona Hart tətbiqi pozitiv psixologiya sahəsində təcrübəli bir mütəxəssisdir. O, Birləşmiş Krallıqda, Şərqi London Universitetinin Psixologiya Məktəbində xüsusilə məşhur olan “Tətbiqi pozitiv psixologiya” və “Tətbiqi pozitiv psixologiya və kouçluq psixologiyası” magistr proqramlarında layihə rəhbəri olub.


Orjinal ad: Positive Psychology. The Basics

 

Layihə meneceri: Ülkər Hüseynova

Təhsil üzrə məsləhətçi: Elmina Kazımzadə

Tərcüməçilər: Turan Sadıqlı, Fərqanə Seyidli

İxtisas redaktoru: Aynur Rəhimova

Nəşriyyat redaktoru: Famil Cəfərli

Texniki redaktor: Vüsalə Babayeva

Buraxılışa məsul: Rəşad İsmixanov

Korrektor: Flora Əliyeva

Dizayner: Mahir Allahverdiyev

ISBN: 9789952540864
Səhifə sayı: 288