Bu kitabın əsas məqsədi real dünyanın marketinq strategiyalarını hazırlamaq, həyata keçirmək və qiymətləndirməkdən ötrü təlimdəki menecerlər və menecerlərdən ibarət beynəlxalq auditoriya üçün hərtərəfli, tədqiqata əsaslanan, fəaliyyətyönümlü bələdçi yaratmaqdır. Bir çox marketinq strategiyası dərsləri, demək olar ki, yalnız marketinq strategiyasının nümunəsi ola biləcək, eyni zamanda qərarvermə prosesi ilə bağlı nisbətən məhdud verilənlərin təhlilini (və ya məlumat analitikasını) təklif edə bilən biznes nümunələrinə əsaslanır. Beləliklə, tələbələr və gələcək menecerlər keys nümunələrindən fərqli situasiyalar, eləcə də effektiv strategiyaların işlənibhazırlanması və ya həyata keçirilməsi üçün bir neçə analitik alət və ya proseslər haqqında az biliklərlə ayrılırlar. Onlarda həmçinin bir şirkətin marketinq probleminin uğurlu həllinin avtomatik olaraq digər şirkətlər üçün də ümumiləşdirilə biləcəyinə dair səhv təəssürat yarana bilər.
Layihə meneceri: Ülkər Hüseynova
Təhsil üzrə məsləhətçi: Elmina Kazımzadə
Tərcüməçilər: Fəridə Cəlilova
İxtisas redaktoru: Anar Quliyev
Nəşriyyat redaktoru: Famil Cəfərli
Texniki redaktor: Vüsalə Babayeva
Çapa məsul: Rəşad İsmixanov
Korrektor: Flora Əliyeva
Dizayner: Mahir Allahverdiyev
ISBN: 9789952563603