Vuldricin “Ekonometrikaya giriş: müasir yanaşma” kitabı sizə biznes, iqtisadi siyasətin qiymətləndirilməsi və proqnozlaşdırma sahələrində ekonometrikanın necə tətbiq olunduğunu anlamaqda kömək edəcək. Ənənəvi yanaşmalardan fərqli olaraq, bu kitab ekonometrikanın mücərrəd alətlər toplusundan çıxaraq faktiki problemlərin həllində mühüm rol oynadığını nümayiş etdirir. Müəllif məlumat növlərinə əsaslanan sistematik yanaşma tətbiq edir, fərziyyələri isə yalnız lazım olduqda təqdim etməyə üstünlük verir. Bu yanaşma da mövzunu daha asan qavranılan və praktik tətbiqlərə daha uyğun olan bir məsələyə çevirir. Kitab 100-dən çox müxtəlif formatdakı verilənlər toplusunu özündə birləşdirir və ekonometrika sahəsində ən son yenilikləri, xüsusilə “səbəb-nəticə effektləri” və ya “sınaq effektləri” ilə bağlı son yenilikləri əhatə edir. Bu yanaşma ekonometrikanın bu gün niyə və necə mühüm bir sahəyə çevrildiyini dərindən anlamağa imkan yaradır.
Layihə rəhbəri: Ülkər Hüseynova
Təhsil üzrə məsləhətçi: Elmina Kazımzadə
Tərcüməçilər: Vüqar Rəhimov, Nicat Qasım, Ceyhun Abbasov, Vüsal Həsənov
İxtisas redaktorları: Füzuli Əliyev, Yadulla Həsənli, Fuad Məmmədov
Nəşriyyat redaktoru: Famil Cəfərli
Texniki redaktor: Vüsalə Babayeva
Korrektor: Flora Əliyeva
Dizayner: Mahir Allahverdiyev
Çapa məsul: Rəşad İsmixanov
Bakı, TEAS Press Nəşriyyat Evi, 2025
ISBN: 9789952573381